ARB TV-nin məşhur aparıcısı Zaur Kamal yenidən efirə qayıdır.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, mayın 4-dən etibarən ARB TV-də yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin adı hələlik açıqlanmayıb.
Teleaparıcının “Həmin Zaur” layihəsi yeni adla efirə qayıdacaq.
Bu barədə Manset.az-a eksklüziv açıqlamasında Zaur Kamal faktı təsdiqləyib:
“İnşallah, mayın 4-də efirə qayıdırıq. Proqram ARB TV-də yayımlanacaq.”
Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb.
Telegram kanalımız