AZ

İranın ballistik raket imkanları nə qədərdir?

İran Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Rza Talaei-Nik, ABŞ-İsrail hücumları zamanı ölkəsinin ballistik raket gücünün böyük bir hissəsinin istifadə olunmadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən, Təlai Nik qatıldığı televiziya proqramında ölkəsinin hərbi potensialı ilə bağlı qiymətləndirmələr aparıb.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibədə məğlub olduğunu və sözügedən ölkələrin İranla bağlı hədəflərinə çata bilmədiyini müdafiə edən Təlai Nik, ölkəsinin uzun illərdir ballistik raket sahəsində tədqiqatlar apardığını qeyd edib:

"İranda yerli imkanlarla müxtəlif sahələrdə 1000-dən çox silah istehsal olunur. Müharibə zamanı bəzi yerlər zərər görsə də, silah istehsalı davam etdi. Raket gücümüzün mühüm bir hissəsi hələ istifadə olunmayıb".

İranlı sözçü, həmçinin ölkəsinin müdafiə və hücum potensialının məhv olmadığını, əksinə daha da gücləndiyini iddia edib.

Seçilən
45
50
cebheinfo.az

10Mənbələr