AZ

Ağ Evdə İranla danışıqlardan kimlər məlumatlıdır: Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp və bir neçə nəfərdən başqa Ağ Evdə heç kim İranla danışıqların faktiki vəziyyətindən xəbərdar deyil.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə ABŞ prezidenti deyib: "Danışıqların harada olduğunu mən və bir neçə nəfərdən başqa heç kim bilmir".

Bundan əvvəl Amerika lideri Newsmax-a verdiyi müsahibədə bildirib ki, ABŞ mümkün razılaşmanın bir hissəsi kimi İrana sülh məqsədləri üçün nəzərdə tutulmuş nüvə materiallarını  verməyə razı olmayacaq. O, Amerikalı danışıqçıların İranın nüvə proqramı üzərində işi dayandırmaq müqabilində ona bu cür materialları tədarük etməyi təklif etdikləri barədə mediada yayılan xəbərləri şərh edərkən bunu deyib.

Axios-un məlumatına görə, dünən prezidentin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuperin İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı yeni planları barədə hesabatını dinləyib.

Ondan əvvəl isə The New York Times qəzeti Ağ Evdəki müzakirələrlə tanış olan bir neçə mənbəyə istinadən bildirib ki, Tramp İranın Hörmüz boğazını açacaq, lakin Tehranın nüvə proqramı məsələsini sonrakı danışıqlar üçün saxlayacaq təklifini qəbul etməyəcək.

The Wall Street Journal daha sonra qeyd edib ki, Tramp İranın uzunmüddətli dəniz blokadasını saxlamağı bombardmanı bərpa etmək və ya münaqişədən çıxmaq da daxil olmaqla, digər variantlardan daha az riskli seçim hesab edir.

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr