AZ

Messinin həyat yoldaşından yeni fotolar

Olay.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur futbolçu Lionel Messinin həyat yoldaşı, 38 yaşlı Antonella Rokuzzo görünüşü ilə ictimaiyyətin diqqətini çəkib. OLAY yazır ki, çoxuşaqlı ana Nyu-Yorkda keçirilən tədbirə qatılıb. İnstaqramda yeni fotolarını paylaşan Antonella izləyicilər tərəfindən çox bəyənilib.

O, bədənini vurğulayan qara rəngli dar paltar geyinib. Antonella kombinini yüksək dabanlı sandaletlər və kiçik əl çantası ilə tamamlayıb.Qeyd edək ki, Antonella və Lionel uşaqlıqdan tanışdırlar, onların münasibətləri hələ məktəb illərindən başlayıb. Hər ikisi Rosarioda, doğma şəhərlərində oxuyub. 13 yaşında futbolçu İspaniyaya gedib .Onlar bir neçə ildən sonra münasibətlərini yenidən bərpa ediblər. Cütlük 2017-ci ildə evlənib. Hazırda onlar üç oğul böyüdürlər: 13 yaşlı Tyaqo, 10 yaşlı Mateo və 8 yaşlı Çiro.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
olay.az

1Mənbələr