AZ

90-cı illərin məşhur pop ulduzu idi, indi dam ustası işləyir - FOTO

1990-cı illərin populyar musiqi qruplarından olan "East 17"nin keçmiş üzvü Con Hendi bu gün tamam fərqli həyat yaşayır.

Milli.Az xəbər verir ki, vaxtilə böyük şöhrət qazanan sənətçi hazırda dam örtüyü ustası kimi çalışaraq ailəsini dolandırır.

55 yaşlı Hendi sosial mediada gündəlik həyatından görüntülər paylaşır və bəzən vəziyyəti ilə zarafat edir. O bildirib ki, insanların düşündüyünün əksinə olaraq böyük sərvəti yoxdur:

"Hətta evim də yoxdur, köhnə yük maşını sürürəm".

Qeyd edək ki, East 17 qrupu 1991-ci ildə yaradılıb və "Stay Another Day" kimi hitlərlə tanınıb. Lakin sonradan qrup üzvlərinin yolları ayrılıb və hər biri fərqli həyat yolu seçib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
milli.az

1Mənbələr