ABŞ Prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsi çərçivəsində xüsusi nümayəndəsi Stiv Uitkoffu və müşaviri Cared Kuşneri Pakistana göndərmək qərarına gəlib.Bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyəti İslamabadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirməyi planlaşdırır.
Görüş son aylarda Vaşinqton və Tehran arasında davam edən diplomatik təmasların tərkib hissəsidir və tərəflər mümkün razılaşma variantlarını müzakirə edirlər.
Telekanalın məlumatına əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens hazırkı mərhələdə danışıqlarda birbaşa iştirak etməyəcək, lakin prosesdə irəliləyiş əldə olunacağı təqdirdə Pakistana səfər edə bilər.