AZ

Gələcəyin memarları Qubada bir araya gəldi: AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə start verildi (FOTO)

Bakı. Trend:

Quba şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, AzərbaycanMemarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatınıntəşkilatçılığı ilə “Archivision Urban Camp 3” layihəsinin açılışmərasimi keçirilib.

Ümumdünya Şəhərsalma Forumu (WUF13) və ölkəmizdə elan olunmuş“Memarlıq və Şəhərsalma İli”nə həsr olunan düşərgənin iştirakçılarıəvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsiniziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Bu addım gənclərinmilli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinəhörmətinin ifadəsi kimi xüsusi diqqət çəkib.

Rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdmanNazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev“Beynəlxalq təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək gənclərəbeynəlxalq platformalarda iştirak imkanları, qlobal əməkdaşlıqperspektivləri və peşəkar inkişaf yolları barədə ətraflı məlumatverib. O, bu kimi təşəbbüslərin Azərbaycan gənclərinin dünyamiqyasında rəqabət qabiliyyətinin artırılmasında mühüm roloynadığını vurğulayıb.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrəprorektoru Orxan Naqdiyev çıxışında layihənin stratejiəhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb. Obildirib ki, belə düşərgələr tələbələrin nəzəri biliklərininpraktik bacarıqlarla inteqrasiyası baxımından mühüm əhəmiyyətdaşıyır.

Tədbirdə iştirak edən “Seranit” şirkətinin texniki təlim vətətbiqlər müdiri Faruk Ataer sahə üzrə beynəlxalq təcrübə vəinnovativ yanaşmalar barədə təqdimatla çıxış edib. O, müasirmaterialların tətbiqi, texnoloji yeniliklərin memarlıq və dizaynprosesində rolu haqqında iştirakçılara geniş məlumat verib.

Düşərgənin ilk günü çərçivəsində iştirakçılar üçün “Memarlıq vədizaynda konsepsiyanın formalaşdırılması” mövzusunda təlim təşkilolunub. Təlim AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalmakafedrasının müəllimi Əli Əliyev tərəfindən interaktiv formatdakeçirilib. Sessiyada memarlıq və dizayn prosesində ideyanınyaranması, konseptual yanaşmanın formalaşdırılması, layihələrinfunksional və estetik baxımdan düzgün qurulması prinsipləri izaholunub. Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar əldə etdikləribilikləri tətbiq etmək imkanı qazanıblar.

Proqram çərçivəsində təşkil olunan keramika üzərində rəngləməüzrə master-klass düşərgəyə xüsusi dinamika qatıb. İştirakçılarkomandalara bölünərək keramika nümunələri üzərində işləyiblər.Yaradıcılıq mühitində keçirilən bu fəaliyyət onların estetikzövqünün və dizayn bacarıqlarının inkişafına müsbət təsir göstərib.Komandalar arasında yaradılan sağlam rəqabət mühiti tədbirin dahamaraqlı və interaktiv keçməsinə səbəb olub.

Düşərgə çərçivəsində keçirilən növbəti maarifləndirici sessiya“Seramik və porselen: texniki xüsusiyyətlər və istifadə sahələri”mövzusuna həsr olunub. Təlimçi Faruk Ataer iştirakçılara keramikavə porselen materialların istehsal prosesi, texniki göstəriciləri,davamlılıq xüsusiyyətləri və müxtəlif sahələrdə tətbiqi barədəgeniş məlumat verib. Sessiya zamanı memarlıq və dizaynlayihələrində bu materialların düzgün seçimi ilə bağlı praktikitövsiyələr səsləndirilib, iştirakçıların suallarıcavablandırılıb.

Maarifləndirici sessiyalar silsiləsi çərçivəsində daha bir təlimDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq vəŞəhərsalma Baş İdarəsinin əməkdaşı Aysel Kərimli tərəfindənkeçirilib. “Bakı şəhərinin inkişaf yolu: keçmişi, bu günü vəgələcəyi” mövzusunda təşkil olunan sessiyada paytaxtın tarixiinkişaf mərhələləri, müasir urbanizasiya prosesi və gələcəkşəhərsalma perspektivləri təqdim olunub. Eyni zamanda şəhərmühitinin planlaşdırılması, davamlı inkişaf yanaşmaları və müasirmemarlıq həlləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Archivision Urban Camp 3” düşərgəsi gənc memar vədizaynerlər üçün nəzəri biliklərin praktiki tətbiqi, yaradıcılıqpotensialının üzə çıxarılması və komanda işinin inkişafı baxımındanmühüm platforma rolunu oynayır. Layihə iştirakçıların peşəkarbacarıqlarının artırılmasına, beynəlxalq təcrübəyə inteqrasiyasınavə müasir şəhərsalma düşüncəsinin formalaşmasına əhəmiyyətli töhfəverir. Bu cür təşəbbüslər ölkədə memarlıq və urbanistika sahəsindəyeni nəsil mütəxəssislərin yetişdirilməsi baxımından xüsusistrateji əhəmiyyət daşıyır.

Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Gələcəyin
Seçilən
38
29
az.trend.az

10Mənbələr