AZ

Şarl Mişel Aİ nin nüfuzundan danışdı

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) Şurasının keçmiş Prezidenti Şarl Mişel Aİ-nin ABŞ-ni və İsraili məmnun etməyə, digər ölkələrə isə təkəbbürlə yanaşmağa meyilli olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Mişel Delfi İqtisadi Forumunda qatıldığı paneldə Aİ siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.

2019-2024-cü illərdə Aİ üzvü olan ölkələrin liderlərinə rəhbərlik etmiş belçikalı siyasətçi:

"Etibarlı tərəfdaşlıqlar qurmağımız və açıqsözlü olmağımız lazımdır. Bu gün ikili standartların Avropanın etibarlılığını və nüfuzunu zəiflədən bir tapmaca olduğunu düşünürəm.

Bəzən, dürüst olmaq gərəkdirsə, ABŞ-ni və İsraili məmnun etmək və dünyanın qalan hissəsinə qarşı təkəbbürlü olmaq meylinin olduğunu düşünürəm. Beynəlxalq münasibətlərimiz sahəsində getdikcə daha ciddi və etibarlı bir yanaşmaya ehtiyacımız olduğunu hesab edirəm", - deyib.

Aİ-nin müdafiə sahəsindəki hədəflərinə toxunan Mişel: 

"Müdafiə sənayesi bazamız sahəsində irəliləyiş əldə etmək istəyiriksə, bu (digər ölkələrsiz) mümkün deyil. Bəzi üzv dövlətlərimizin qəbul etdiyi açıq siyasi qərarları gördük. Avropa müdafiəsi sahəsində ənənəsi olanların xüsusi məsuliyyəti olduğuna inanıram. 

Bu, yalnız Aİ ilə deyil, Avropa qitəsi ilə bağlıdır. Bu; İngiltərə, Norveç, Türkiyə və Ukrayna ilə əməkdaşlıq deməkdir", - deyə danışıb.

Mişel bir müddət əvvəl "Avropa Təhlükəsizlik Şurası" adlandırdığı bir strukturun yaradılmasını təklif etdiyini xatırladaraq:

"Məncə, Avropa qitəsi üçün iki vəzifəsi olan, xüsusi məsuliyyətə malik yüksək səviyyəli siyasi orqana ehtiyacımız var. Birincisi, ehtiyac olduqda sürətli reaksiya vermək və sürətli koordinasiyanı təmin etmək. 

İkincisi, Avropa müdafiə sənayemiz sahəsində hər zamankından daha çox ehtiyac duyulan 'Avropa əməkdaşlığı' sahəsində sürət qazanmaqdır", - qiymətləndirməsini verib.

Aİ Komissiyasının sədri Ursula fon der Lyayenin Türkiyə ilə bağlı açıqlamalarını tənqid edən Mişel Avropanın ikili standartlarla güclənə bilməyəcəyini söyləmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
44
cebheinfo.az

10Mənbələr