AZ

Sabahdan İranda beynəlxalq uçuşlar başlayır

İran aprelin 25-də Tehrandakı İmam Xomeyni adına Aeroportdan beynəlxalq uçuşları bərpa edəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu hava limanının direktoru Ramin Kaşif Azər bildirib.

Onun sözlərinə görə, şənbə günü İran paytaxtının hava limanından Türkiyənin İstanbul və Omanın Maskat şəhərlərinə uçuşlar həyata keçiriləcək. Həmin tarixdən etibarən bu istiqamətlərə gediş-dönüş uçuşları başlayacaq və tədricən digər beynəlxalq marşrutlara da icazələr veriləcək.

“Bütün infrastruktur və naviqasiya sistemləri tam işlək vəziyyətdədir və uçuş əməliyyatlarının həyata keçirilməsində heç bir problem yoxdur”, - deyə aeroportun direktoru əlavə edib.

Xatırladaq ki, İran fevralın 28-dən bəri hava məkanını ilk dəfə aprelin 18-də mülkü aviasiya üçün qismən açıb.


Telegram kanalımız
Seçilən
16
6
yenisabah.az

7Mənbələr