AZ

“Avropa ABŞ dan asılılığı azaltmaq istəyir” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Son dövrlər mətbuat vasitələrində və sosial şəbəkələrdə Avropa Birliyinə qarşı istehzalı və qeyri-ciddi təbliğat forması geniş yayılıb. Liberal dəyərlər, enerji böhranı və infilyasiya kimi problemlər ümumiləşdirilərək Avropanın çöküş əlamətləri kimi təqdim olunur”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“Təhlükəsizlik sahəsi istisna olmaqla Avropa Birliyi daha çox qaydalar və iqtisadiyyat üzərində qurulan qlobal bir güc olubdur. Avropa Birliyinin təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını minimuma endirmək üçün hal hazırda Avropa Birliyinin təhlükəsizlik sahəsində də ABŞ-dan asılı olmayan qlobal güc mərkəzinə çevrilmək ideyası ciddi müzakirə olunur

Avropa məlkanında gedən proseslərə mətbuatın formalaşdırdığı düşüncə ilə deyil real düşüncə ilə yanaşsaq Avropa İttifaqının son illərdə daha sıx inteqrasiyaya doğru getdiyini görə bilərik, nəinki dağılmağa doğru getdiyini

Əslində Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik siyasətini kökündən dəyişib. Hal hazırda Avropa ölkələri müdafiə xərclərini və öz müdafiə gücünü artırmaqla məşğuldur, Avropa Birliyi təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq yolunu tutmaqla nə tam şəkildə ABŞ xəttinə qoşulmaq, nə də Çin ilə yaxın blok yaratmaq istəmir. Sadəcə olaraq ABŞ və Çin arasında müstəqil bir oyunçu olmaq yolunu tutub

Avropa nə tam zəifləyir, nə də sürətlə yüksəlir, Avropa daha çox transformasiya dövründədir”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr