AZ

Xoşqədəm: “Get, gününə ağla!”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, aparıcı bu dəfə gəlini ilə aralarında keçən maraqlı dialoqu izləyicilərlə bölüşüb. Kadrlarda Xoşqədəm xanım yaşlı bir nənənin yanında gəlini də çağıraraq ona bəzi məsləhətlər verməyə çalışıb.

O, gəlinə hansı yeməyi yaxşı bişirdiyini soruşub və "yumurta bişirirəm" cavabını alıb. Bu cavab aparıcını təəccübləndirib və o, zarafatla daha çətin yeməkləri öyrənməyi tövsiyə edib.

Daha sonra qutab hazırlamağa çalışan gəlinin çətinlik çəkməsi maraqlı anlara səbəb olub. Xoşqədəm Hidayətqızı isə prosesi öz üzərinə götürərək ona kənardan baxıb öyrənməyi məsləhət görüb. Gəlinin "öyrənmək istəmirəm" deməsi isə videoya əlavə rəng qatıb. Sonda aparıcı gəlinə "Get, gününə ağla" deyib.

Seçilən
8
3
publika.az

4Mənbələr