AZ

Qazaxıstan QHT-ləri WUF13-də fəal iştiraka dəvət olunub



2026-cı il aprelin 23-də Astana şəhərində keçirilən “Regional Ekoloji Sammit - 2026” çərçivəsində QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Beynəlxalq Könüllülər İli: könüllülük və ekoloji fəaliyyətlər” mövzusunda panel sessiyasında çıxış edib.

Newscenter.az xəbər verir ki, A.Əliyeva QHT işinin kökündə məhz könüllülük, fədakarlıq prinsiplərinin dayandığını bildirib, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı barədə məlumat verib, Qazaxıstan QHT-lərini WUF13-də fəal iştirak etməyə dəvət edib. O da qeyd olunub ki, QHT Agentliyinin təşkilatçılığı ilə mayın 19-da beynəlxalq tədbir - “WUF13 NGO Forum” keçiriləcək.

Süleyman
Seçilən
40
1
newscenter.az

2Mənbələr