AZ

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb FOTO

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.APA xəbər verir ki, bu mərhələdə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 110 ailə – 397 nəfər doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailəyə – 2 411 nəfərə çatıb.Boş qalan 2 evə isə qrafikə uyğun olaraq may ayında köç planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
5
apa.az

10Mənbələr