AZ

Yaponiyalı tennisçi Madrid turnirinə qələbə ilə start verdi

Dörd dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olmuş, dünya reytinqində 15-ci yerdə qərarlaşan yapon tennisçi Naomi Osaka İspaniyanın Madrid şəhərində keçirilən WTA-1000 kateqoriyalı torpaq kort turnirinə uğurlu start verib.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ikinci mərhələsində Osaka (14 nömrəli reytinq) Kolumbiyanı təmsil edən və dünya reytinqində 83-cü olan Kamila Osorionu 6:2, 7:5 hesabı ilə məğlub edib.

Görüş 1 saat 20 dəqiqə davam edib. 

Osakanın növbəti rəqibi Madrid turnirində Ukraynanı təmsil edən və dünya reytinqində 110-cu yerdə olan Anhelina Kalinina olacaq.

Seçilən
65
28
90deqiqe.az

10Mənbələr