AZ

8 ölkədən 185 idmançı Heydər Əliyev kuboku 2026 uğrunda yarışacaq

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Mayın 2-də Bakı Boks Mərkəzində 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri başlayacaq.

XQ xəbər verir ki, ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparacaq.

Cəmi 185 boksçunun qatılacağı turnirdə oğlanlar 14, qızlar isə 9 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər. Yarışın ilk günü saat 15:00-da açılış mərasimi keçiriləcək və dərhal sonra döyüşlərə start veriləcək.

Turnirin supervayzeri ukraynalı Pavlo Vasilinçuk, baş hakimi isə Anar Babanlıdır. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də baş tutacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr