AZ

Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uzun müddət səssiz qalan məşhur müğənni Ebru Gündeş estetik əməliyyatdan sonra ilk dəfə yeni fotolarını sosial şəbəkədə paylaşıb.

Sherg.az xəbər verir ki, “Necədir, 10 yaş cavanlaşmışam?” qeydi ilə paylaşım edən sənətçi qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Onun görünüşündəki dəyişiklik şou-biznesin gündəmi olub.

Türkiyənin ən güclü səslərindən biri sayılan Gündeş uzun fasilədən sonra yenidən gündəmə gəlib. Bir müddət əvvəl etdiyi paylaşımda üzünü gizlətməsi də məhz estetik müdaxilə ilə əlaqələndirilib.

Son konsertində etdiyi etiraf isə diqqət çəkib. Tamaşaçılar arasında olan Demet Akbağ və Yılmaz Erdoğan sənətçiyə “20 yaş cavan görünürsən” deyə müraciət ediblər.

Yeni paylaşımında səhnədən görüntülərini də təqdim edən Gündeş, estetikdən sonrakı halını bir daha nümayiş etdirib və izləyicilərdən böyük maraq görüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
sherg.az

1Mənbələr