AZ

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

TƏBİB:

Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Ulusum.az-a TƏBİB-dən bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.Qeyd edilib ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Diqqət Çəkənlər

Gəncədə Çin avtomobillər istehsal olunacaq

Suriyadan daha 5 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib

Azərbaycan Astanada keçirilən “RES 2026 EXPO” sərgisində öz pavilyonunu təqdim edib

Seçilən
47
17
ulusum.az

10Mənbələr