AZ

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində internat müəssisəsində başçəkmə həyata keçirilib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri
yerində araşdırılıb.

Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib.
Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.

Məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Seçilən
12
4
turkic.world

10Mənbələr