AZ

Heç bir yeni təyinat yoxdur TƏBİB dən İLK AÇIQLAMA

Bakupost saytına istinadən ain.az xəbər verir.

Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

***

10:35

"Yeni Klinika"nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib.

Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.

Hələlik TƏBİB vəzifəsindən azad olunan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib, çoxsaylı sorğular cavabsız qalıb.

Qurumdan yaxın vaxtlarda ətraflı məlumat açıqlanacağı bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
4
www.bakupost.az

10Mənbələr