AZ

19 yaşında qızım var Şəxsi həyatından danışdı

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Avroviziya 2026" yarışmasında ölkəmizi təmsil edəcək Jiva şəxsi həyatından danışıb. 

Axşam.az xəbər verir ki, "Öz aramızda" proqramında qonaq olan müğənni övladından söz açıb. O bildirib ki, 19 yaşında qız övladı var: 

"43 yaşım var. İstəmirdim məşhur olum, ancaq oxumaq düşünürdüm. Mənə belə rahatdı. İndi isə rahat ərazimdən çıxdım. Məşhur və gündəmdə olmaq, diqqət çəkmək istəmirdim. Amma həyat belə gətirdi: Allah "Avroviziya" qismət etdi. Heç yerə qaçmayacaqsan, 43 yaşında bunu edəcəksən. Bir də artistin uşağı, ailəsi olanda məsuliyyət sənətə verə bilmir. Başqa cür həyat yaşamışam. İndi qızımın 19 yaşı var, rahatam".

Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq. Təmsilçimiz müsabiqənin ikinci yarımfinalında "Just go" mahnısı ilə  birinci hissədə çıxış edəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
axsam.az

2Mənbələr