AZ

Rafael İsgəndərov "Qüdrət"i yenidən canlandırdı - VİDEO

Rafael İsgəndərov "Qüdrət"i yenidən canlandırdı - VİDEOAzərbaycanın Əməkdar artisti Rafael İsgəndərov illər sonra Rusiyanın paytaxtı Moskva şəhərində məşhur "Məhəllə 2" filminin çəkildiyi məkanları ziyarət edib.

Sonxeber.az xəbər verir ki, aktyor bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib. O, sözügedən filmdə canlandırdığı "Qüdrət" obrazını xatırladaraq həmin obrazın bəzi məşhur səhnələrini də yenidən canlandırıb.

Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və nostalji hisslər oyadıb. İzləyicilər aktyorun illər sonra eyni məkanda həmin səhnələri təkrar etməsini yüksək qiymətləndiriblər.

Seçilən
40
sonxeber.az

1Mənbələr