AZ

Türkiyədə qalmaqal: “Qalatasaray” TFF ilə əməkdaşlığı dayandırdı

"Qalatasaray"ın prezidenti Dursun Özbek Federasiyası (TFF) ilə əməkdaşlıqla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Özbek klubun sosial media hesabında bildirib:

"Bu gündən etibarən Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün münasibətlərimiz dayandırılıb".

Türkiyə mediası bu qərarı Türkiyə çempionatının 31-ci turunda "Qalatasaray"la "Fənərbağça" arasında keçiriləcək oyuna hakim Yasin Kolun təyin olunması ilə əlaqələndirir.

Oyun aprelin 26-da İstanbulda keçiriləcək və çempionluq mübarizəsində həlledici olacaq.

Seçilən
18
publika.az

1Mənbələr