"Qalatasaray"ın prezidenti Dursun Özbek Federasiyası (TFF) ilə əməkdaşlıqla bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Özbek klubun sosial media hesabında bildirib:
"Bu gündən etibarən Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün münasibətlərimiz dayandırılıb".
Türkiyə mediası bu qərarı Türkiyə çempionatının 31-ci turunda "Qalatasaray"la "Fənərbağça" arasında keçiriləcək oyuna hakim Yasin Kolun təyin olunması ilə əlaqələndirir.
Oyun aprelin 26-da İstanbulda keçiriləcək və çempionluq mübarizəsində həlledici olacaq.