AZ

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq

Bakı, 23 aprel, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.

AZƏRTAC xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.

Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.

İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək.

Seçilən
21
3
azertag.az

4Mənbələr