"Çelsi"nin baş məşqçi postundan göndərilən Liam Rosenyora hansı məbləğdə təzminat ödəyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.
"Zadəganlar" fransalı mütəxəssisin hesabına 27,6 milyon avro köçürəcəkləri bildirilib. Bu isə o deməkdir ki, Rosenyor London komandasını çıxardığı hər qarşılaşmaya görə 174 min, əldə etdiyi hər qələbəyə görə 364 min avro qazanıb.
Sözügedən mütəxəssis bu ilin yanvarında "Strasburq"u "Çelsi"yə dəyişmişdi. Onun müqaviləsinin müddəti 2032-ci ilə qədər nəzərdə tutulmşdu.
Toğrul