AZ

Barat Yusubov həbs edilir? – Milyonlar necə yeyilib?

Ötən gün işdən uzaqlaşdırıldığı haqda məlumat yayılan Yeni Klinikanın direktoru Barat Yusubovun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilib.

Oxu24.com  xəbər verir ki, özəl mənbədən daxil olan məlumata görə, buna səbəb B.Yusubovun fəaliyyəti dövründə maliyyə fırıldaqlarına bulaşmasıdır.

İddialara görə, hər şey TƏBİB-ə yeni icraçı direktor təyin edilən Anar Bayramovun qurumun sağlamlaşdırılması üçün dərhal başlatdığı şəffaflaşma prosesi ilə üzə çıxıb. Belə ki, TƏBİB-in tabeliyində olan klinika rəhbərlərinin bəzilərinin icbari tibbi sığorta vəsaitlərini talamaq üçün qarışıq bir sxem qurduğu bildirilir.


Qanunvericiliyə görə, tibbi sığorta ilə xəstələr TƏBİB-in balansında olan xəstəxanalarda müalicə edilməlidir, yalnız təcili və təxirəsalınmaz əməliyyata ehtiyacı olan xəstələr özəl klinikalara yönləndirilə bilər. Son illər tibbi sığorta vəsaitlərinin özəl klinikalara külli miqdarda yönləndirilməsi və “təcili əməliyyatlar”ın həddən artıq olması isə bu sahədə heç də hər şeyin və yaxud ümumiyyətlə heç nəyin şəffaf olmadığı təsəvvürünü yaradıb.

Anar Bayramovun TƏBİB rəhbərliyinə gəlişi ilə bütün klinikalarda yoxlamalara start verilib və bu araşdırmaların episentrinə düşən klinikaların başında isə Yeni Klinika gəlir. Çünki bu klinika birbaşa dövlət rəhbərliyinin iradəsi ilə qısa müddətdə istifadəyə verilən, ən müasir avadanlıqlarla təmin edilmiş və xəstə qəbulu və müalicəsi imkanları böyük olan səhiyyə ocağıdır.


Məlumata görə, araşdırma zamanı Yeni Klinikaya müraciət edənlər arasında çoxsaylı “təcili əməliyyat” ehtiyacı olanlar üzə çıxıb və maraqlıdır ki, onlar yalnız iki klinikaya yönləndiriliblər: Yasamal Hospital və Ege Hospital.


İşin daha maraqlı cəhəti odur ki, B.Yusubov Yeni Klinikanın direktoru təyin edilməzdən öncə Ege Hospitalın Müşahidə Şurasının sədri olub. Hazırda isə Ege Hospitala nəzarəti Barat Yusubovun həyat yoldaşı, həkim-kosmetoloq Gültəkin Qəniyeva həyata keçirir. Yəni B.Yusubov Yeni Klinikaya müraciət edən xəstələri öz nəzarətində olan özəl xəstəxanaya yönləndirib.

B.Yusubov Yasamal Hospital ilə də eyni “əməkdaşlıq” edib.


Seçilən
23
9
azia.az

10Mənbələr