AZ

“Müddəti Tramp müəyyən edəcək” - Ağ Ev

Ağ Evin mətbuat katibi Karolin Livit jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın İranla bağlı planlarından danışıb.

Redaktor.az xəbər verir ki, mətbuat katibi prezidentin İranın təklif təqdim etməsi üçün hələlik dəqiq bir müddət təyin etmədiyini bildirib. Livit qeyd edib ki, müvafiq cədvəl sonda şəxsən prezident tərəfindən müəyyən ediləcək.

“Onların cavabını gözlədiyimiz müddətdə və görəcəyik ki, prezident İran təklifini almaq üçün dəqiq bir son tarix təyin etməyib”, – deyə Karolin Livit vurğulayıb.

O əlavə edib ki, bu məsələdə son söz dövlət başçısına məxsusdur: “Nəticə etibarilə, vaxt cədvəli baş komandan, Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən təyin olunacaq”.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
48
redaktor.az

1Mənbələr