AZ

Təyyarə elektrik xətlərinə dəyib parkinqə çırpıldı – pilot son anda xilas edildi

Los-Ancelesin Pakoima rayonunda baş verən təyyarə qəzası faciə ilə nəticələnə bilərdi.

Musavat.com xəbər verir ki, hadisə zamanı ərazidə olan şəxslər alovlanmaq üzrə olan təyyarəyə yaxınlaşaraq pilotu kabinədən çıxarmağa nail olublar.

ABŞ mediasının yaydığı məlumata görə, bir mühərrikli Cessna tipli təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunduqdan sonra avtohissə mağazasının dayanacağına düşüb. Təyyarə aşaraq parklanmış avtomobillərin yanında dayanıb və qısa müddətdə tüstülənməyə başlayıb. 

Hadisə şahidləri xilasediciləri gözləmədən hərəkətə keçiblər. Bir neçə nəfər birlikdə təyyarənin gövdəsini qaldıraraq içəridə sıxılmış vəziyyətdə qalan pilotu çıxarıb. Sükan arxasında olan yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.

Məlumata görə, təyyarədə pilotdan başqa heç kim olmayıb və yerdə xəsarət alan olmayıb.

 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr