Moskvadakı yaşayış kompleksində minlərlə qızılgül bağışlanan qızın kimliyi məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvadakı yaşayış komplekslərinin birində minlərlə qızılgül hədiyyə edilən qızın kimliyi bəlli olub.
Məlum olub ki, bu, illik dövriyyəsi təxminən 5 milyard rubl (təxminən 113 179 030 milyon manat) olan iş adamının 16 yaşlı qızıdır.
Göndərişdə 20.000 gül olub. 24 yaşlı gənc gülləri endirimlə alıb. Daşıyıcılar bütün gecə buketləri boşaldıblar.
Qadın bəzi diqqət çəkən şəkillər çəkib və bir neçə qutu gül evə aparıb. Xadiməçilər qalan gülləri binanın girişindən zibil qutusuna aparıblar və yerli kişilər onları qadınları üçün oğurlayıblar.
Məlumata görə, hədiyyə edilən çiçəklərin bir qismi utilizasiya olunub, qız isə yalnız bir neçə qutu gülü saxlayıb.
Hədiyyəni Krasnodar şəhərinin sakini öz şəxsi vəsaiti hesabına göndərib.
Xuraman Etibarlı
İnterpress.az