AZ

Azərbaycan güləşçisi Tiranada qızıl medal qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz final görüşündə UWW-ni təmsil edən Adlet Tyulbayev üzərində 4:2 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Azərbaycan millisinin aktivinə daha bir qızıl medal yazılıb və güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, daha əvvəl Həsrət Cəfərov (67 kq) qızıl medal qazanıb, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.

Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.

Seçilən
39
12
90deqiqe.az

10Mənbələr