AZ

ÜST-dən xəbərdarlıq - bu xəstəliyə yoluxma yenidən artmağa başlayıb

Son illərdə nəzarət altına alındığı düşünülən qızılca xəstəliyi yenidən artmağa başlayıb. 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Avropa və Orta Asiya ölkələrində yoluxma hallarının çoxalması sağlamlıq qurumlarını narahat edir. 

Mütəxəssislər bu vəziyyəti əsasən peyvəndlənmə səviyyəsinin aşağı düşməsi və pandemiyadan sonra yaranan immun boşluqlarla izah edirlər.

Xəstəliyin çox yoluxucu olduğu və əsasən uşaqlarda daha ağır keçdiyi bildirilir. Həkimlər valideynləri uşaqların peyvəndlərinin vaxtında olunmasına xüsusi diqqət yetirməyə çağırırlar.

Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edir ki, əgər peyvəndlənmə səviyyəsi yetərli olmasa, qızamıq epidemiyaları yenidən geniş yayıla bilər.

 

Seçilən
19
7news.az

1Mənbələr