Moldova Demokrat Partiyasının keçmiş sədri, oliqarx Vladimir Plaxotnyuk Kişinyov məhkəməsinin qərarı ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, o, ölkənin bank sistemindən 1 milyard dolların oğurlanmasında təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, Plaxotnyuk 5 il müddətinə müəyyən dövlət vəzifələri tutmaq hüququndan da məhrum edilib.
Bundan başqa, onun dövlətdən təxminən 60 milyon dollar ödəməsi tələb olunub.
Məlumata görə, Vladimir Plaxotnyuka qarşı daha 3 cinayət işi üzrə istintaq davam edir.
Oliqarxın müdafiə tərəfi hökmə etiraz edəcəyini açıqlayıb.
Bizim.Media