AZ

Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək

Dünyanın ən xoşbəxt ölkəsi olan Finlandiya turistlərə xoşbəxt olmağı öyrədəcək.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin hazırladığı dünya xoşbəxtlik hesabatında 9 il ardıcıl birinci seçilən Finlandiya təcrübəsini bölüşməyə qərar verib.

Bunun üçün 1 həftəlik turizm proqramına start verilib. 

Proqrama əsasən dünyanın fərqli yerlərindən seçiləcək 6 şanslı cütlüyə pulsuz tətil hədiyyə ediləcək. 

Cütlüklər bu müddətdə gölləri meşələri və təpələri ilə tanınan “leyklənd” ərazisində qonaq olacaq.
Proqram turistlərə meşə gəzintiləri, göl kənarında vaxt keçirmək, diqqət məşqi və həqiqi fin həyat tərzini təcrübə etmək şansı verir. 

Məqsəd təlaşlı müasir həyat tərzinə qarşı çıxaraq daha zəif templə stresi azaltmaqdır. 
Çünki finlər düşünür ki, xoşbəxtlik lüksdə yox, sadəlik və balansdadır.

Billurə

Seçilən
24
2
olke.az

3Mənbələr