AZ

Culio Kassadi: “Tənha insanın monoloqu” yeni kino əsəri kimi festivalda böyük maraqla qarşılanıb

Paris, 22 aprel, AZƏRTAC

Festivalın seçki komitəsində Azərbaycanın təqdim etdiyi rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi ilə bağlı razılıq çox asan qəbul olundu. Belə ki, film festivalın seçki komitəsinin bütün üzvləri tərəfindən yekdilliklə müsbət qiymətləndirildi və festival üçün seçildi. Hər kəs filmin onun qəlbini fəth etdiyini vurğuladı. Hər bir komitə üzvü filmin təsir gücünü hiss etdi.

Bu fikirləri Brive Film Festivalının Baş meneceri, Briv və Turin beynəlxalq film festivalı seçki komitəsinin rəhbəri Culio Kassadini Azərbaycan filminin nümayişindən sonra AZƏRTAC-a müsahibəsində deyib.

“Film həm mövzusu, həm də forması ilə izləyiciləri heyran qoyur. Mövzu, ata ilə oğul arasında demək olar ki, mümkünsüz bir qarşıdurmanı əks etdirir, forması tam nəzarət altında, ifadə qabiliyyəti yüksəkdir. Film gələcəkdə çox böyük istedadlı rejissor vəd edir. Əminəm ki, bu rejissor gələcəkdə çox gözəl uzun metrajlı filmlər çəkəcək və onları izləməyi səbirsizliklə gözləyirəm”,-deyə C. Kassadini vurğulayıb.

O bildirib ki, film, eyni zamanda, müharibənin təsirlərini və onun insanların və ailələrin həyatına necə sirayət etdiyini də ustalıqla göstərir: “Rejissor müharibəni filmdə daim hiss etdirir, amma onu heç vaxt birbaşa göstərmir – nə televiziya görüntülərində, nə arxiv materiallarında. O, yalnız müəyyən bir müharibədən deyil, ümumi müharibə anlayışından bəhs etdiyini göstərir. Eyni zamanda, bu metaforik yanaşma, müharibə təsirinin ailə mühitinə necə transfer olunduğunu izləyici üçün daha maraqlı edir”.

Seçilən
59
1
azertag.az

2Mənbələr