AZ

Onlar üçün son yaş həddi 70-ə qaldırılsın - TƏKLİF

Almaniyada ehtiyat zabitlər birliyinin rəhbəri Bastian Ernst ehtiyat zabitlər üçün pensiya yaşının 65-dən 70-ə qaldırılmasını təklif edib.

"Cebheinfo.az" xəbər verir ki, Ernst mətbuat agentliyi RND-yə (RedaktionsNetzwerk Deutschland) verdiyi açıqlamada bildirib ki, ölkənin müdafiə qabiliyyətinin artırılması üçün ehtiyat zabitlər üçün yaş həddi yüksəldilməlidir.

“Həyat və peşəkar təcrübəyə malik bu insanların potensialını boşa xərcləməməliyik. Əgər gənc kadr çatışmazlığından şikayət ediriksə, yaş piramidasının digər tərəfinə də diqqət yetirməliyik”.

Almaniya ordusu 2035-ci ilə qədər ən azı 260 min aktiv, 200 min ehtiyat əsgər hədəfinə çatmağı planlaşdırır.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr