AZ

Onlar üçün son yaş həddi 70 ə qaldırılsın TƏKLİF

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyada ehtiyat zabitlər birliyinin rəhbəri Bastian Ernst ehtiyat zabitlər üçün pensiya yaşının 65-dən 70-ə qaldırılmasını təklif edib.

"Cebheinfo.az" xəbər verir ki, Ernst mətbuat agentliyi RND-yə (RedaktionsNetzwerk Deutschland) verdiyi açıqlamada bildirib ki, ölkənin müdafiə qabiliyyətinin artırılması üçün ehtiyat zabitlər üçün yaş həddi yüksəldilməlidir.

O, çalışanların pensiyaya çıxma yaşının da artırıldığına diqqət çəkərək, “Ehtiyat zabitlər üçün pensiya yaş həddini 65-dən 70-ə qaldırmalıyıq” deyib.

İnsanların daha uzun müddət formada qaldığını vurğulayan Ernst əlavə edib:

“Həyat və peşəkar təcrübəyə malik bu insanların potensialını boşa xərcləməməliyik. Əgər gənc kadr çatışmazlığından şikayət ediriksə, yaş piramidasının digər tərəfinə də diqqət yetirməliyik”.

Almaniya ordusu 2035-ci ilə qədər ən azı 260 min aktiv, 200 min ehtiyat əsgər hədəfinə çatmağı planlaşdırır.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr