AZ

“Çelsi” 114 il sonra uğursuz seriyanı təkrarlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

"Çelsi" İngiltərə Premyer Liqasında uğursuz göstəriciyə imza atıb.

AZƏRTAC xəbər verir ki, XXXIV turda "Brayton"a 0:3 hesabı ilə uduzan London təmsilçisi liqa tarixində 114 il sonra ardıcıl beşinci qolsuz məğlubiyyətini alıb.

"Çelsi" Premyer Liqada bu halla sonuncu dəfə 1912-ci ilin noyabr ayında üzləşib.

Qeyd edək ki, Liam Rosenyorun komandası daha əvvəl "Mançester Yunayted" (0:1), "Mançester Siti" (0:3), "Everton" (0:3) və "Nyukasl"a (0:1) uduzub. “Zadəganlar” hazırda turnir cədvəlində 48 xalla 7-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
2
azertag.az

3Mənbələr