AZ

Türkiyə nəhəngi MY-nin ulduzunu hədəfə aldı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Türkiyənin "Qalatasaray" klubunun maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Qalatasaray" 31 yaşlı portuqaliyalını qarşıdakı yay transfer pəncərəsi üçün prioritet hədəf kimi müəyyənləşdirib. İstanbul klubu "qırmızı şeyanlar"ın ulduzunu heyətinə qatmaq üçün büdcə çərçivəsindən kənara çıxmağa hazırdır.

Bildirilir ki, transfer məbləği təxminən 40 milyon avro təşkil edə bilər. Fernandeşin İngiltərədə illik qazancı 12 milyon avrodur və "Qalatasaray" futbolçuya eyni məbləğdə maaş təklif etməyə hazırdır.

Seçilən
35
publika.az

1Mənbələr