AZ

Barat Yusubov işdən çıxarıldığını mediadan öyrəndi: Mənə heç nə deyilməyib

Barat Yusubov işdən çıxarıldığını mediadan öyrəndi: Mənə heç nə deyilməyib

"İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma buna dair rəsmi bir bildiriş olmayıb".

Klinik.media araşdırmasına görə bu barədə "Yeni Klinika"nın direktoru Barat Yusubov işdən çıxarılmağına dair iddialara münasibət bildirərkən  söyləyib.

O qeyd edib ki, məsələ ilə bağlı TƏBİB-dən hər hansı bir bildiriş, göstəriş gəlməyib:

"Sosial mediada yayılan məlumata görə, TƏBİB-ə müraciət edəsi deyiləm. Hər halda belə məsələ olsa idi, mənə də bildirilərdi. Bu gün saat 6-ya qədər işdə olmuşam, sabah da saat 9:00-da işdə olacağam"./bakivaxti
 
 

Seçilən
41
3
7news.az

3Mənbələr