Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Avtoelektrik xidmətləri”, “Avtotəmizləmə xidmətləri”, “Broyler inkubatoru”, “Poliqrafiya xidmətləri” və “Özünəxidmət avtoyuma” zərfləri üzrə avadanlıqlar təqdim edilib. Verilən aktivlər hesabına onlar kiçik ailə bizneslərini yaradıblar.
Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülən sakinlərdən artıq 818 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub.