Bakı. Trend:
"Kapital Bank"ın sahibkarlara xidmət edən platforması "BirbankBiznes"in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikrosahibkarlıqla məşğul olur.
Trend xəbərverir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birincimüavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilinyekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilənmətbuat konfransında deyib.
“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul vəxidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatlarınrəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdəmüştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildəməsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikrosahibkarlar kreditlərinin 89.5%-ni, Kiçik və Orta sahibkarlar isə39%-ni onlayn rəsmiləşdirib. Kiçik və Orta biznes və Korporativseqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin98%-ni Birbank Biznes üzərindən edirlər", - o vurğulayıb.