AZ

Cavid Mirzəyev: “Birbank Biznes” müştəriləinin sayı 214 min nəfər çatıb

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kapital Bank"-ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"-in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb.Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.Bank rəsmisi bildirib ki, onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur:“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və orta biznes və korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni "Birbank Biznes" üzərindən edirlər".Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
3
bizim.media

5Mənbələr