AZ

ABŞ Estoniyaya sursat tədarükünü dayandırdı

BAKI, 21 aprel. TELEQRAF

ABŞ İranla müharibə bitənə qədər Estoniyaya sursat tədarükünü dayandırıb.

Teleqraf xəbər verir ki, Estoniya müdafiə naziri Hanno Pevkur bunu ABŞ-nin müharibə naziri Pit Heqsetlə telefon danışığından sonra açıqlayıb.

“İrandakı müharibə bitənə qədər təchizatın dayandırılacağını güman edirik. Əgər bu uzanarsa, mütləq planlarımızı yenidən nəzərdən keçirməli olacağıq. Artıq alternativlər üçün qlobal bazarı araşdırırıq”, - Pevkur qeyd edib.

Estoniya müdafiə naziri vurğulayıb ki, bura HIMARS çoxməqsədli raket sistemləri və “Javelin” tank əleyhinə raket sistemləri üçün sursatların çatdırılması daxildir: “Bu ilki təchizatların həcmi on milyonlarla təşkil edib”.

Seçilən
12
teleqraf.com

1Mənbələr