AZ

“Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır” - Paşinyan

“Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” sosial media hesabında paylaşdığı videoda deyib.

“Mən bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə ifadə etmişəm və demişəm ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunun əsaslandırılması nədir? Ötən gün çıxış etdim və son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışdım. Əgər bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirməyimiz deməkdir. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız deməkdir. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, artıq sülhün mümkün olmadığı deməkdir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
89
5
missiya.az

7Mənbələr