AZ

Nikol Paşinyan: Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 21 aprel, AZƏRTAC

Mən bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə ifadə etdim və dedim ki, Ermənistanın yeni konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Bunun əsaslandırılması nədir? Dünən yenidən danışdım və son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışıram. Əgər bu gün yeni bir konstitusiya qəbul etsək və həmin konstitusiyanın mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olsa, onda bu, Qarabağ hərəkatını davam etdiririk deməkdir", - deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Qarabağ hərəkatının davam etdirilməsi Azərbaycanla yenidən münaqişəyə səbəb olacaq. Bu isə artıq sülhün mümkün olmaması deməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
5
azertag.az

6Mənbələr