AZ

Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru iləgörüşdü

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüşüb.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.

Həmçinin, Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, sözügedən əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.Eyni zamanda BMU-da PKTU ilə birgə yeni yaradılmış “PKTU–BMU Mühəndislik fakültəsi”nin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Seçilən
30
50
redaktor.az

10Mənbələr