AZ

Pekin Kimya Texnologiya Universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları genişləndirilir

Bakı, 21 aprel, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.

Görüş çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.

Eyni zamanda, BMU-da PKTU ilə birgə yeni yaradılmış PKTU–BMU Mühəndislik fakültəsinin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Seçilən
19
50
azertag.az

10Mənbələr