AZ

Bank “Private Banking” filialını açmağı nəzərdə tutur

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Düşünürük ki, artıq “AccessBank” da “Private Banking”i mükəmməl olan banklar siyahısına daxil olur. Həqiqətən kiçik bir layihə kimi yaratdığımız ideyamız özünü gözlədiyimizdən də artıq doğrub. Bu gün görürük ki, Azərbaycan bazarında da belə bir VİP xidmətlərə, fərdi yanaşmalara ehtiyac var. Bu gün çox məmnunluqla biz “VİP Club” məhsulumuzu böyüdürük və “Private Banking” olaraq fəaliyyət göstərəcəkdir. Düşünürük ki, gələcəkdə böyük bir filial olaraq da, bunu müştərilərimizn istifadəsinə verəcəyik”.

Marja.az-ın məlumatına görə, bunu “AccessBank”da “Private Banking” məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib.

O qeyd edib ki, hazırda “Private Banking”üzrə müştəri bazası 1000-i keçib:

“Biz bu layihəyə cəmi 5 müştəri ilə başladıq. Əvvəllər bu məhsulu tam başa düşmürdülər, müraciət edənlər az idi. Bu gün isə müraciətlər çoxdur, müştərilərimizin sayı artır. Hazırda “Private Banking”üzrə müştəri bazası 1000-i keçib”. 

Xəbər verdiyimiz kimi, “AccessBank” Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən “VIP Club” məhsulu bu gündən etibarən rebrendinq edilərək “Private Banking” adı altında fəaliyyətini davam etdirəcək.

Rebrendinq çərçivəsində “Private Banking” konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.

“AccessBank Private Banking”in üzvü olmaqla aşağıdakı üstünlük və imtiyazları əldə edirsiniz:

• 24/7 sizə bir zəng (və ya whatsapp) qədər yaxın fərdi bank nümayəndəsi

• Xüsusi endirimli bank məhsulları (ATM şəbəkədə əlavə limitlər, depozit və yığım məhsullarına ekstra faiz və s.)

• Kredit məhsulları, o cümlədən nağd kredit və kredit kartlarında xüsusi faiz və komissiya endirimləri

• Hesabdan limitsiz çıxarış və xüsusi arayışların (səfirlik və s.) hazırlanması

• 24/7 konsyerj xidməti (dünya üzrə restoranlarda rezervasiyalar, konsertlərə biletlərin alınması, hədiyyələrin sifarişi və s.)

• VIP Traveler xidməti (dünya üzrə avia bilet və turların endirim ilə sifarişi, sığorta və viza sənədlərinin hazırlanması və s.)

• Sizin üçün sığorta məhsulları

• Digər xidmətlər

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Xidmət və məhsullar

01 - 24/7 fərdi bank nümayəndəsi ilə xidmət

VIP və ya Premium paketi əldə etməklə siz müxtəlif kommunikasiya kanalları vasitəsilə 24/7 xidmətinizdə olacaq fərdi bank nümayəndəsi tərəfindən Bankın Mərkəzi ofisinin VIP zalında növbədənkənar xidmət əldə edirsiniz.

02 - Online VIP konsyerj

Konsyerj xidmətinə aşağıdakılar daxildir:

• Restoranların rezervasiyası

• Biletlərin alınması (teatr, kino və s.)

• Restoranlar, baş çəkiləcək yerlər haqqında məsləhətlər

• Transfer üçün sürücü sifarişi

• Gül, hədiyyə sifarişi və s.

03 - Hədiyyə ödəniş kartları

VIP və ya Premium paket əldə etməklə hədiyyə olaraq ən azı bir pulsuz premial debet kartı əldə edirsiniz (paket daxilində müxtəlif sayda pulsuz kartlar). Bu kartları istəyinizə uyğun olaraq, ailə üzvlərinizin və ya dostlarınızın adına da sifariş edə bilərsiniz.

04 - Traveller

Fərdi bank nümayəndəniz vasitəsilə həm özünüz, həm də ailə və dostlarınız üçün dünyanın istənilən ölkələrinə aviabiletlər/turpaketlər bron və ya əldə edə bilərsiniz. Şəxsi bankirinizə istəyiniz barədə məlumat verərək (istiqamət, tarixlər) ondan sizə uyğun bir neçə təklif ala bilərsiniz.

05 - Whatsapp ilə xidmət

VIP və ya Premium paket əldə etməklə Whatsapp üzərindən xidmət əldə edirsiniz. Bu kanalla aşağıdakı bank əməliyyatlarını icra edə bilərsiniz:

• Yeni hesabların/kartların açılması

• Hesablar arasında pul köçürmələri

• Ölkədaxili və xaricə pul vəsaitinin köçürülməsi

• Konsyerj xidməti

• Övladlarınızın təhsil haqlarının ödənilməsi və s.

• Arayış və çıxarış

Göstərilən xidmətləri whatsapp-a yazmaq kifayət edir. Bütün prosesləri əvəzinizə fərdi bank nümayəndəniz həyata keçirəcək.

06 - Sığorta

Özünüz, yaxınlarınız və dostlarınız üçün aşağıdakı sığorta növlərindən birini əldə edə bilərsiniz:

• Kasko

• Səyahət

• Əmlak

07 - Kredit məhsulları

VIP və ya Premium paketlərini əldə etməklə kredit məhsullarına endirim qazanırsınız. Kredit məhsullarında endirim yalnız sizin kreditlərinizə şamil edilir. Endirimlər həm nağd kredit məhsullarına, həm də kredit kartları və ya əmanətlə təmin edilmiş kreditlərə tətbiq olunacaq. Endirimlər həm faizlər, həm də komissiyalar üzrə nəzərdə tutulur.

08 - VIP filialda xidmət

VIP və ya Premium paket sahiblərinə Bankın VIP zalında (AccessBank-ın Baş Ofisi) və istənilən filialda növbəsiz xidmət göstəriləcək.

09 - Arayış və çıxarışlar

Siz bütün hesablarınızdan çıxarışlar, həmçinin səfirliklərə (və ya digər orqanlara) məktublar və arayışlar əldə edə bilərsiniz.

10 - Əmanət məhsulları

VIP və ya Premium paket əldə etməklə gələcək əmanət məhsulları üçün əlavə faiz əldə edirsiniz. Aldığınız paketin növündən asılı olaraq əmanət məhsulu açmaq qərarına gəlsəniz, avtomatik olaraq əlavə faiz əldə edəcəksiniz

Private Banking paketləri

1. PREMIUM

Rezident müştəri üçün:250 AZN illik, və ya aylıq 25 AZN

Qeyri-rezident müştəri üçün:300 AZN illik, və ya aylıq 30 AZN

2. VIP

Rezident müştəri üçün:450 AZN illik, və ya aylıq 45 AZN

Qeyri-rezident müştəri üçün:500 AZN illik, və ya aylıq 50 AZN

Private Banking-ə üzvlük

AccessBank Private Banking-ə üzv olmaq üçün ilk növbədə AccessBank-ın müştərisi olmalı, həmçinin aşağıdakılardan birinə sahib olmalısınız:

• AccessBank-a ən azı 100 000 manat məbləğində əmanət yerləşdirməlisiniz

• İllik dövriyyəsi ən azı 2 000 000 manat olan şirkətin rəhbəri və ya sahibi olmalısınız

• Aylıq rəsmi əməkhaqqınız minimum 6000 AZN olmalıdır

Yuxarıda göstərilənlərdən birinə sahib olan müştəri Premium və ya VIP paketi əldə etməklə avtomatik Private Banking-in üzvü olur və sadalanan VIP xidmət, məhsul və imtiyazlardan yararlanmaq hüququ əldə edir.

“Private banking” yüksək məbləğdə sərvətə malik şəxslər (seçilən şəxslər)üçün xüsusi olaraq hazırlanmış fərdiləşdirilmiş maliyyə xidmətləri, investisiya idarəçiliyi və bank məhsulları təqdim edən bankçılıq xidmətidir. Bu xidmət pərakəndə bankçılıqdan fərqli olaraq daha yüksək səviyyədə fərdi yanaşma ilə seçilir. “Private banking” çərçivəsində müştərilərə xüsusi menecerlər, kredit həlləri və eksklüziv konsyerj xidmətləri təqdim olunur. “Private banking” çərçivəsində təqdim olunan xidmətlərə bank xidmətlərindən əlavə investisiyaların idarə olunması və portfel menecmenti, vergi xidmətləri, sığorta həlləri, səyahət həlləri və s. daxildir.

Adətən bu xidmətlər bankların xüsusi bölmələri – “private banking” və ya “wealth management” (sərvət idarəetməsi) departamentləri vasitəsilə həyata keçirilir.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
marja.az

3Mənbələr