AZ

İrandan zənginləşdirilmiş uranın çıxarılması prosesi uzun çəkəcək:Tramp



2025-ci ilin yayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması uzun müddət çəkəcək.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika liderinin sözlərinə görə, ABŞ-ın 2025-ci ilin iyun ayında endirdiyi zərbələr İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələnib. Ağ Ev rəhbəri "Truth Social" jurnalında dərc olunmuş açıqlamada bildirib ki, buna görə də zənginləşdirilmiş uranın çıxarılması uzun və mürəkkəb bir proses olacaq.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. 7 apreldə ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə iki ölkə İslamabadda bir neçə danışıqlar raundu keçirib. Tehran və Vaşinqtonun daha sonra bildirdiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmələr raundunun baş tutub-tutmayacağı hələlik məlum deyil.

Mehman
Seçilən
22
1
newscenter.az

2Mənbələr