AZ

ABŞ İran müharibəsi ilə bağlı sürpriz xəbər: Məlumat sızdırıldı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Donald Tramp İranla hərbi münaqişənin davam etdirilməsində maraqlı deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin ABŞ administrasiyasında adı açıqlanmayan rəsmi şəxsə istinadən yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Tramp administrasiyası hazırkı mərhələdə eskalasiyanın qarşısını almağa üstünlük verir. Bununla belə, rəsmi şəxs qeyd edib ki, zərurət yaranacağı təqdirdə ABŞ hərbi əməliyyatları yenidən başlamağa hazırdır.

Qeyd olunur ki, Vaşinqton vəziyyəti diqqətlə izləyir və regiondakı inkişaflara uyğun olaraq qərarlarını formalaşdırır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
globalinfo.az

2Mənbələr